NİİM: Bu yollarda yeni piyada svetoforları quraşdırılıb

11.12.2024

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması istiqamətində işləri davam etdirir.

Bu barədə Bakıvaxtı.az-a mərkəzdən bildirilib.

Qeyd olunub ki, bu məqsədlə Mərkəz tərəfindən Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində, metronun “8 Noyabr” stansiyasının yaxınlığında yeni piyada svetoforları quraşdırılıb: "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən yola piyada zolağı çəkilib. Bununla da yoldan istifadə edən piyadaların rahat gediş-gəlişi təmin olunub".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью