NİİM sürücülərə müraciət edib VİDEO | Icma.az
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. "Yollarda diqqətsizlik və məsuliyyətsizlik qəzaya səbəb olur".
APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciətində deyilir.
Qeyd olunub ki, yol-nəqliyyat hadisələri əksər hallarda sıxlığın yaranmasına gətirib çıxarır: "Xüsusilə də nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi küçə və prospektlərdə qəzalar olduğu zaman sıxlığın müddəti daha da artır və hərəkət çətinləşir.
Müşahidələr göstərir ki, qəzalar bəzi sürücülərin diqqətsizliyi və məsuliyyətsizliyi səbəbindən də baş verir".
NİİM sürücülərin maariflənməsi məqsədilə Aeroport şosesində qeydə alınan hadisənin videogörüntüsünü təqdim edib.
https://t.me/apa_az/91216 Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu