NİİM sürücülərə müraciət etdi: Maşının sazlığını yoxlayın!

03.11.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə müraciət edib.

Bu barədə Axar.az-a Mərkəzdən bildirilib.

Müraciətdə yağıntılı havalarda yola çıxmazdan əvvəl avtomobilin sazlığının yoxlanılması tövsiyə olunur.

"Yağıntılı hava şəraitində texniki nasaz nəqliyyat vasitəsi ilə hərəkət etmək paytaxt yollarında hərəkət intensivliyinə təsir göstərir. Belə havalarda nasaz avtomobillərin yolda qalması süni sıxlıqların yaranmasına gətirib çıxarır. Nəticədə digər nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranır, eyni zamanda qəza riski artır.

Mərkəz sürücülərə yola çıxmazdan əvvəl avtomobillərinin texniki vəziyyətini yoxlamalarını tövsiyə edir. Xüsusilə, təkərlərin vəziyyəti, əyləc sistemi, şüşə silənlərin işlək olması, həmçinin işıq sisteminin düzgün işləməsi önəmlidir.

Yağıntılı havalarda sürücülərin ehtiyatlı davranması, sürət həddinə və məsafəyə riayət etməsi, eləcə də nasazlıq baş verdikdə avtomobili yolun kənarına çəkməsi vacibdir. Bu, həm onların, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır", - müraciətdə qeyd olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью