Nijnevartovsk Bakı reysi aprelin 5 dən bərpa olunacaq

28.01.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Moskva, 28 yanvar, AZƏRTAC

“İrAero” aviaşirkəti aprelin 5-dən Nijnevartovsk–Bakı marşrutu üzrə müntəzəm reysləri bərpa edir, bu istiqamət üzrə biletlərin satışı artıq başlayıb.

AZƏRTAC xəbər verir ki, uçuşlar həftədə bir dəfə “Sukhoi Superjet 100” təyyarəsi ilə həyata keçiriləcək. Bakı hava limanından uçuş şənbə günləri saat 23:50-də planlaşdırılıb, Nijnevartovskdan Azərbaycanın paytaxtına geri reys isə bazar günləri saat 06:40-da həyata keçiriləcək.

Bundan əvvəl bildirilib ki, ötən il Surqut hava limanı marşrut şəbəkəsini 89 istiqamətədək genişləndirib. Beynəlxalq seqmentdə sərnişinlər arasında ən populyar istiqamətlər sırasında Bakı, Xucənd (Tacikistan) və Oş (Qırğızıstan) yer alır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью