Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyanın Nijni Novqorod şəhərində Daxili İşlər Nazirliyinin Akademiyasının binasına pilotsuz uçuş aparatı daxil olub.
Bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində partlayış və yanğın baş verməyib. Kursantlar təhsil müəssisəsindən təxliyə edilib.
Buna qədər yayda Ukraynaya məxsus pilotsuz uçuş aparatı Orel yaxınlığında çoxmərtəbəli yaşayış binasına çırpılmışdı.