Nijni Novqorodda güclü yanğın baş verib

29.11.2025

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Nijni Novqorodda (Rusiya) istehsalat binasında yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) regional idarəsinin mətbuat xidməti məlumat yayıb.

"Alov təxminən 2 min kvadratmetr əraziyə yayılıb. İlkin məlumata görə, ölən və xəsarət alan yoxdur", - məlumatda deyilir.

Yanğının söndürülməsinə FHN-in 73 mütəxəssisi və 25 texnika cəlb edilib.

Hazırda yanğın lokallaşdırılıb. Yanğınsöndürmə işləri davam edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью