Nikah öncəsi tibbi müayinə necə olur? AÇIQLAMA

08.07.2026

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Nikahdan əvvəl tibbi müayinədən keçmək qanunvericiliyə uyğun olaraq məcburidir və bu proses dövlət proqramı çərçivəsində həyata keçirilir".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayım zamanı Milli Hematologiya və Transfuziologiya Mərkəzinin hematoloqu Avesta Allahverdiyeva bildirdi.

Onun sözlərinə görə, bu müayinələrin məqsədi vətəndaşları narahat etmək və ya onların şəxsi həyatına müdaxilə etmək deyil:

"Əsas məqsəd gələcəkdə sağlam uşaqların dünyaya gəlməsinə töhfə vermək və irsi xəstəliklərin qarşısının alınmasıdır. Talassemiya ilə bağlı skrininq müayinələri dövlət tibb müəssisələrində aparılır. Müraciətlərin sayından və laboratoriyanın iş yükündən asılı olaraq analizlərin nəticələri adətən 7-10 gün ərzində hazır olur. Bəzi hallarda nəticələr daha tez təqdim oluna, bəzən isə müəyyən gecikmələr yaşana bilər. Əgər ilkin analizlərdə qeyri-müəyyən və ya şübhəli nəticələr əldə olunarsa, diaqnozu dəqiqləşdirmək üçün genetik müayinələr və digər əlavə laborator testlər təyin edilir".

NURİYYƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью