Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir. Nikahdan əvvəl alınmış ev satılıb və yeni ev alınıb.
Bu ev ər-arvad arasında bölünə bilərmi? Bölünmə prosesi necə gedir? SİA məsələ ilə bağlı hüquqşünasların fikirlərini öyrənib.
Vəkillər Kollegiyasının üzvü Paşa Səfərov: "Nikahdan əvvəl alınmış ev satılıbsa və nikaha girəndən sonra, yəni nikah dövründə yeni ev alınırsa, burada öncə məhkəmə tərəfindən müəyyən olunur ki, həmin nikah dövründə alınan ev öncə tərəflərin birinə məxsus olan evin satılması nəticəsində alınıb, yoxsa yox.
Bu, müəyyən olunmalıdır. Bunu da həmin şəxsin özü sübuta yetirməlidir.
Bu sübut nəticəsində bununla bağlı Ali Məhkəmənin ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında qərarı var.
12 mart 2024-cü il qərarıdır. Həmin qərarda da üçüncü bənddə açıq-aşkar göstərilir ki, bunu tərəf sübut etməlidir.
Sübut etməlidir ki, həqiqətən də, öncə satılan evin pulu yeni alınan evə sərf edilib. Bu, bir az çətin sübutdur.
Ancaq satılan evlə alınan evin arasındakı tarix, satılan evlə alınan evlərin dəyəri və bu kimi hallar şəxs tərəfindən sübuta yetirməlidir.