Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
Özbəkistanda ailə quran kişilərin əksəriyyəti 20-30 yaşlarındadır.
Newscenter.az Özbəkistanın Milli Statistika Komitəsinə istinadən bildirir ki, 60 yaşdan yuxarı evli olanlar da var. Məlumata görə, Özbəkistanda 2026-cı ilin yanvar-sentyabr aylarında 172 min nikah qeydə alınıb.
Komitə bildirir ki, son illərdə ölkədə nikahların sayı azalmaqdadır. Məsələn, 2022-ci ilin ilk doqquz ayında 197 min nikah qeydə alınıb, 2025-ci ilin eyni dövründə isə bu rəqəm 177 min, 2026-cı ildə isə 172 min olub.
Bu il qeydə alınan nikahların 88 mini şəhərlərdə, 84 mini isə kənd yerlərində olub.
Süleyman