Nikaraqua UNESCO nu tərk edir

04.05.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nikaraqua hökuməti ölkənin müxalifət qəzeti "La Prensa"nın mətbuat azadlığına görə UNESCO tərəfindən Gilyermo Kano mükafatına layiq görülməsindən sonra bu təşkilatdan çıxmaq qərarını elan edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Ouest-France" məlumat yayıb.

Məlumata görə, 2021-ci ildə "La Prensa"nın rəhbərliyi qismən həbs edilib və ya ölkədən qovulub. Son 4 ildir ki, qəzet yalnız onlayn formatda fəaliyyət göstərir və redaksiya heyəti Kosta-Rika, İspaniya, Meksika, Almaniya və ABŞ-də yerləşir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью