Nikaraquada Konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı məsləhətləşmələr başlayıb

28.07.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Nikaraquada Konstitusiyaya qismən dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsinin hazırlanması məqsədilə genişmiqyaslı məsləhətləşmələrə start verilib. XQ-nin məlumatına görə, bu barədə ölkənin Həmprezidenti Rosario Murilyo bəyan edib.

Həmprezident vurğulayıb ki, islahatlar yoxsulluqla mübarizə üzrə sosial proqramların həyata keçirilməsinə, eləcə də ölkədə sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlib. Məsləhətləşmələr diplomatik korpus nümayəndələri ilə başlayıb. Müzakirələrin növbəti mərhələsində məhkəmə sistemi, ordu, polis, biznes dairələri, investorlar, dini icmalar, dövlət qulluqçuları və gənclərin prosesə cəlb olunması nəzərdə tutulur.

Qeyd edək ki, bu təşəbbüs Prezident Daniel Orteqanın seçkilərin keçirilməsindən imtina etmək niyyəti barədə açıqlamasından sonra gündəmə gəlib. Analitiklər bildirirlər ki, bu cür planların reallaşdırılması üçün ölkənin Əsas Qanununa müvafiq dəyişikliklərin edilməsi hüquqi zərurətdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью