Niki Minaj 20 milyonluq evindən məhrum oluna bilər

24.01.2026

Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.

Trinidad əsilli repçi Niki Minaj həyat yoldaşı Kennet Petti ilə bağlı məhkəmə işi səbəbindən evsiz qalma riski ilə üz-üzədir.

Axşam.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Bildirilir ki, o, ABŞ-nin Kaliforniya ştatında yerləşən və dəyəri 20 milyon dollar olan malikanəsini itirə bilər.

Kennet Petti barəsində iş 2022-ci ildə açılıb. Buna səbəb onun 2019-cu ildə Almaniyada keçirilən konsert zamanı Niki Minajın keçmiş mühafizəçisi Tomas Videnmüllerə hücum etməsi olub. Məhkəmə repçidən zərərçəkmişə 503 min dollar məbləğində təzminat ödəməyi tələb edib.

Niki Minaj bu işdə birbaşa əlaqəli şəxs kimi göstərilir, çünki Videnmüller dava-dalaşın əsas səbəbkarı kimi onun adını çəkib.

Məhkəmə qərarından sonra Minaj borcu ödəmək üçün heç bir addım atmayıb. 2025-ci ilin noyabrında isə işə baxan hakim repçinin malikanəsinin məcburi satışa çıxarılmasının mümkünlüyünü nəzərdən keçirdiyini açıqlayıb.

Əgər müğənni yanvar ayına qədər Videnmüllerə tələb olunan məbləği tam ödəməzsə, repçi evini itirə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью