Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Ağ Evin kommunikasiya direktoru Stiven Çunq amerikalı rep ifaçısı Niki Minaja zarafatla administrasiyanın mətbuat katibi vəzifəsini təklif edib.
Moderator.az xəbər verir ki, Çunq bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
“Xanımlar və cənablar, düşünürəm ki, biz Ağ Evin yeni mətbuat katibini tapmış ola bilərik!” – deyə o yazıb.
Çunq paylaşımında Minajla keçirilən zarafat xarakterli “iş müsahibəsinin” videosunu da yayımlayıb. O, ifaçıdan seçki kampaniyası zamanı Prezident Donald Trampdan daha çox çalışan birinin olub-olmadığını soruşub.
“Əlbəttə, yox. O, ayaqlarını masanın üstünə qoyub sadəcə istirahət edə bilərdi. Amma yox, o, irəliləməyə davam edir”, – deyə Minaj cavab verib.