Nikita Simonov Bakıda Dünya kubokunun qalibi olub

08.03.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan milli komandasının gimnastı Nikita Simonov Bakıda keçirilən Dünya Kubokunun qalibi olub.

İdman.biz xəbər verir ki, o, finalda halqalarla hərəkətdə uğurla çıxış edib.

Avropa çempionatının gümüş mükafatçısı təsnifat mərhələsində birinci yeri tutub, yenə də finalda ən yüksək xalı toplayıb. O, 14.233 xal yığıb ki, bu da ona çempion olmağa imkan verib.

Bu, Simonovun cari mövsümdə ikinci mükafatıdır. Bundan əvvəl o, Almaniyanın Kottbus şəhərində keçirilən Dünya kubokunda gümüş medal qazanıb.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью