Niko Kovaç: “Sabah“ın gələcək rəqiblərini çətin sınaq gözləyir“

20.10.2026

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

"Sabah" klubuna böyük təbrik düşür".

Moderator.az xəbər verir ki, bu fikirləri "Borussiya Dortmund" klubunun baş məşqçisi Niko Kovaç UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində "Sabah"la keçirilən matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

O bildirib ki, "Sabah" çox güclü komandadır:

"Bəziləri Azərbaycan klubuna qarşı oyunun asan keçəcəyini düşünürdü. Lakin rəqib taktiki və texniki baxımdan oyuna çox yaxşı hazırlaşmışdı. Mən rəqibin çıxışına təəccüblənmədim, çünki onların oyunlarını izləmişdim və hansı gücə malik olduqlarını bilirdim. "Sabah"ı göstərdiyi mübarizəyə görə təbrik edirəm. Əminəm ki, "Sabah"ın gələcək rəqibləri bu komandaya qarşı oyunlarda çox çətinlik çəkəcəklər".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma Almaniya təmsilçisinin 1:2 hesablı qələbəsi ilə başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью