Niko Pas “Real Madrid”ə qayıtmaq istəmir

27.11.2026

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

İtaliyanın “Komo” klubunun hücumameyilli yarımmüdafiəçisi Niko Pas gələn yay “Real Madrid”ə qayıtmağa üstünlük vermir.

İdman.Biz xəbər verir ki, Madrid klubu 2027-ci ilin yayında yetirməsini 80 milyon avroya (149,2 milyon manat) geri almaq hüququna malik olsa da, futbolçu hazırda İspaniya təmsilçisinə qayıtmaq istəmir.

22 yaşlı argentinalının transferində maraqlı olan klublar arasında “Mançester Yunayted” də var. İngiltərə təmsilçisi komandanın kapitanı Brunu Fernandeşin mümkün gedişi halında Pası onun əvəzləyicisi kimi nəzərdən keçirir.

Portuqaliyalı yarımmüdafiəçi daha əvvəl klubla yeni müqavilə danışıqlarını dayandırdığını təsdiqləyib.

Niko Pasın Madridə qayıtmaqla bağlı fikrini dəyişməsi istisna olunmur. Lakin hazırda buna işarə edən heç bir əlamət yoxdur. “Mançester Yunayted” isə argentinalı futbolçu üçün cəlbedici variant olaraq qalır.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью