Niko Qonzales Mançester Siti ni digər İngiltərə klubuna dəyişdi

27.08.2026

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Mançester Siti”nin yarımmüdafiəçisi Niko Qonzales karyerasını “Nyukasl”da davam etdirəcək.

Fanat.Az xəbər verir ki, “sağsağanlar” 24 yaşlı futbolçunun transferini rəsmın elan edib.

İngiltərə klubu Qonzaleslə uzunmüddətli müqavilə imzalayıb.

İspaniyalı futbolçunun transferi üçün “Nyukasl” 47 milyon funt-sterlinq ödəyib. Razılaşmaya əsasən, daha 3 milyon funt-sterlinq bonuslar vasitəsilə ödənilə bilər.

Xatırladaq ki, Qonzales son iki mövsümdə “Mançester Siti”nin formasını geyinib. O, Premyer Liqada 36 qarşılaşmada meydana çıxaraq 2 qola imza atıb.

Əlisahib İbrahimli

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью