Niko Uilyams Atletiklə danışıqlara başlayıb

03.06.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

İspaniya millisinin futbolçusu Niko Uilyams müqaviləsinin müddətinin uzadılması üçün klubu "Atletik"lə danışıqlara başlayıb.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, 22 yaşlı hücumçunun yeni maaşının illik 10 milyon avro olacağı gözlənilir.

Sözləşmədəki sərbəst qalma məbləğinin də artacağı gözlənilir. Hazırda bu 58 milyon avrodur.

Qeyd edək ki, Niko Uilyams başa çatan mövsümdə "Atletik"də 45 matçda meydana çıxıb, 11 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2024-cü ildə İspaniya yığmasının heyətində Avropa çempionu olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью