Niko Uilyams PSJnin hədəfində İdman və Biz

22.12.2024

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

PSJ İspaniya yığmasının hücumçusu Niko Uilyamsı transfer etməyi hədəfləyib.

İdman.biz xəbər verir ki, Paris klubu 22 yaşlı futbolçuya görə 60 milyon avro ödəməyə hazırdır.

Hələlik Nikonun çıxış etdiyi "Atletik" bu təklifə reaksiya verməyib. PSJ-non ispaniyalı baş məşqçisi Luis Enrike həmyerlisini sərəncamında görməyi arzulayır. Uilyams isə yayda bütün təkliflərdən imtina edərək Bilbao klubunda qalmaq istədiyini açıqlamışdı.

Qeyd edək ki, Niko "Barselona"nın da transfer siyahısında yer alır. Onun "Atletik"lə 2027-ci il iyunun sonuna kimi müqaviləsi var.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью