Niko Uilyams yeni müqaviləsi haqda danışdı

15.07.2025

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

“Atletik”in futbolçusu Niko Uilyams klubla imzaladığı yeni müqavilə haqda danışıb.

QOL.az xəbər verir ki, 21 yaşlı vinger bu barədə Bilbao təmsilçisinin rəsmi saytına deyib:

“Ortada çox böyük titullar var – məsələn, Çempionlar Liqası. Bu uğurları həyatımın klubu ilə qazanmaqdan daha yaxşı nə ola bilər? Mən burada – “San Mames”də, azarkeşlərimizin və ailəmin yanında tarix yazmağa davam etmək istəyirəm”.

Qeyd edək ki, “Barselona” uzun müddət Uilyamsın transferi ilə maraqlanıb və onunla danışıqlar aparsa da, futbolçu doğma klubunda qalmağa üstünlük verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью