Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İspaniya millisinin və "Atletik Bilbao"nun futbolçusu Niko Uilyams gələcəyi ilə bağlı maraqlı açıqlama verib.
Apasport.az xəbər verir ki, vinger karyerasını Bilbao təmsilçisində başa vurmağa hazır olduğunu bildirib.
"Karyeramın sonuna qədər "Atletik Bilbao"da qalacağım müqaviləyə dərhal imza atardım", - deyə Niko Uilyams vurğulayıb.
Qeyd edək ki, Niko Uilyams daha əvvəl "Barselona"nın əsas transfer hədəflərindən biri olub. Lakin Kataloniya klubu futbolçunun keçidini reallaşdıra bilməyib. İspaniyalı vinger karyerasını "Atletik Bilbao"da davam etdirir.
Alleqri “Napoli”yə gedir – 3 illik müqavilə imzalanacaq Montella gileyləndi - "İlk məğlubiyyətdə hər şeyi dağıtmağa çalışırlar" İkardi Portuqaliya yolunda – “Benfika” onu istəyir “Fənərbaxça” Muriqinin keçidini həll edib Liqa 1-dən Bundesliqaya - RƏSMİ