Niko Uilyamsın gələcək taleyinə aydınlıq gəlməkz üzrədir Danışıqlar başladı

03.06.2025

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

İspaniya millisinin hücumçusu Niko Uilyamsın gələcək taleyinə aydınlıq gəlmək üzrədir.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış jurnalist Ben Ceykobs yayıb.

Xəbərə görə, "Atletik" futbolçusu ilə müqavilə yeniləmək üçün danışıqlara başlayıb. Mənbə Uilyamsın illik maaşının 10 milyon avro təşkil edə biləcəyini vurğulayıb.

Qeyd edək ki, sözügedən oyunçu cari mövsüm bütün turnirlərdə 45 matça çıxaraq 11 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Bilbao klubu ilə indiki müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Uilyamsın transfer qiymətini 70 milyon avro ilə dəyərləndirir.

Nihat

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью