Nikol 9 noyabr bəyanatından danışdı: Doğru etdim...

14.11.2024

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Noyabrın 9-da bəyanatı imzalayarkən heç kimin fikri məni maraqlandırmırdı.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Elə anlar olur ki, insan məsuliyyəti öz üzərinə götürməlidir. 9 noyabr 2020-ci il. O an bir çox həmkarlarım mənim kabinetimdə idi. Dedim ki, indi heç kimin fikri məni maraqlandırmır, bu məsuliyyəti öz üzərimə götürürəm və bu bəyanatı imzalayacağam. Hesab edirəm ki, doğru qərar verdim. Başqa məsələ isə niyə bunu etdiyimdir", - Paşinyan bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью