Nikol Bakının şərtini bu vaxt yerinə yetirəcək Perenciyev | Icma.az
Icma.az, Axar.az portalına istinadən məlumat yayır. Paşinyan nə qədər hiyləgər olmağa çalışsa da, manevr taktikasına əməl etsə də, o, konsti
Axar.az xəbər verir ki, bunu “Moskva-Bakı”ya müsahibəsində rusiyalı hərbi ekspert, politoloq Aleksandr Perenciyev deyib.
“Bu elə bir vəziyyət olacaq ki, İrəvan daha yeni nəsə fikirləşə və ya konstitusiya ilə bağlı referendumu təxirə sala bilməyəcək.
Amma çox güman ki, bunun üçün şərait xüsusi hərbi əməliyyatın bitməsindən sonra formalaşacaq.
Çünki Rusiya daha azad, Qərb üçün daha çətin olacaq, Ermənistana daha da az vaxt qalacaq.
Ümumi vəziyyət, o cümlədən Cənubi Qafqaz üçün elə inkişaf edə bilər ki, İrəvanın sadəcə olaraq konstitusiyanı dəyişdirməkdən, sülh sazişi imzalamaqdan başqa gedəcək yeri qalmayacaq.
Hazırda isə Ermənistan və Qərbin müxtəlif oyunları davam edir”, - o bildirib.
Onun sözlərinə görə, Ukrayna ətrafında münaqişə bitdikdən sonra İrəvanın tez bir zamanda “melodiyası”nı dəyişməsi ehtimalı yüksəkdir: “Rusiyanı tənqid etməyi dayandıracaq və KTMT-yə qayıdacaq, çünki onun çoxlu variantı olmayacaq.
Tam oxu
Xəbəri oxu