Nikol Kidman bu türkiyəli aktyorla seriala çəkilir

03.05.2025

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Hollivud ulduzu Nikol Kidman yeni ekran işi ilə tamaşaçılar qarşısına çıxmağa hazırlaşır. 

BAKU.WS xəbər verir ki,  "Nine Perfect Strangers" adlı serialda türkiyəli gənc aktyor Aras Aydın da çəkiləcək.

Bu onun fanatlarının olduqca böyük həyəcanına səbə olub. 

Digər aktyorlar arasında Henri Qoldinq, Kristin Baranski, Enni Mörfi, Mark Stronq və başqaları da var. 

36 yaşlı aktyor bundan əvvəl "Siyah Kalp", "Şeref Sözü", "Kaçış" və "Kiraz Mevsimi" kimi ekran işlərində də rol alıb. 

Serialda Aydın Matteo obrazına həyat verəcək. Çəkilişlərə mayın 21-də star veriləcək.

Ekran işinin afişaları artıq yayılmağa başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью