Nikol Kidman uğursuz əməliyyatın qurbanı oldu

02.02.2025

Axsham.az saytına istinadən Icma.az xəbər verir.

Hollivud ulduzu Nikol Kidmanın görünüşü sosial şəbəkədə müzakirələrə səbəb olub. 

Axşam.az xəbər verir ki, tədbirlərdən birinə qatılan aktrisanın fotosu mediada yayılıb. Həmin şəkildə onun qulaqlarının görünüşü diqqət çəkib. 

Bir çoxları onun qulağının görünüşünün qəribə olduğunu yazıb. İstifadəçilər Kidmanın plastik əməliyyat etdirdiyini, amma qulağının uğursuz alındığını vurğulayıb. 

"Daily Mail"ə açıqlama verən cərrah Mark Solomos bunu təsdiqləyib.

“Uzanmış qulaq ucları üzgərmə əməliyyatının aparıldığının və uğursuz prosedurun sübutudur. Əslində əməliyyat düzgün aparılarsa, qulaq bu formada olmaya bilər. Burada isə hər şey yanlış edilib" deyə, o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью