Nikol Kidmanın nüfuzlu iş adamı ilə görüşdüyü ÜZƏ ÇIXDI

18.06.2026

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hollivud ulduzu Nikol Kidman artıq bir neçə aydır gizli münasibətdədir.
Bizim.Media xəbər verir ki, məşhur insayder portalı "Deuxmoi"nin yaydığı məlumata görə, 58 yaşlı aktrisa musiqiçi Kit Urban ilə səs-küylü boşanmasından sonra yeni münasibətlərini tələsdirməmək qərarına gəlib.
 

Mənbə bildirir ki, "Oskar" mükafatçısı və yüksək vəzifəli iş adamı olan tərəfdaşı ictimaiyyətin diqqətini cəlb etməmək üçün olduqca təmkinli davranır və münasibətlərini gizli saxlayırlar.


Xatırladaq ki, cari ilin əvvəlində "TMZ" portalı "MGM Resorts International" əyləncə nəhənginin direktorlar şurasının sədri, 62 yaşlı Pol Saleminin Nikol Kidmanın qəlbini fəth etməyə çalışdığını yazmışdı. Həmin vaxt cütlüyün ortaq dost çevrəsinin olduğu və bir neçə dəfə eyni məclisdə bir araya gəldiyi bildirilirdi.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью