Nikol Paşinyan: Aİİ daxilində azad hərəkət prinsipləri tam şəkildə həyata keçirilmir

07.08.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Avrasiya İqtisadi İttifaqının (Aİİ) əsas prinsiplərindən biri malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətinin təmin edilməsidir, lakin praktikada bu prinsiplər tam şəkildə həyata keçirilmir.

XQ Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan Qırğızıstanda Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib.

"Ermənistan üçün Aİİ dövlətləri ilə əməkdaşlığın gücləndirilməsi xarici siyasət və xarici iqtisadi prioritetlərdən biri olaraq qalır. Bu yanaşma Ermənistanın yeni hökumətinin proqramında da öz əksini tapacaq", - deyə o qeyd edib.

Paşinyan vurğulayıb ki, bu cür məsələlərin gözardı edilməsi nəinki Aİİ-nin gələcək inkişafını ləngidə, həm də İttifaq ölkələrinin vətəndaşları və işgüzar ictimaiyyətinin ona olan münasibətinə mənfi təsir göstərə bilər.

Ermənistan Baş naziri əlavə edib:

"Nəticə etibarilə, bu cür problemlər ayrıca bir dövlətin problemi olmaqdan çıxır və bütün birliyin ümumi probleminə çevrilir. Məhz buna görə də biz yaranan maneələri vaxtında aradan qaldırmalı, Aİİ daxilində ticari-iqtisadi münasibətlərin tənəzzülünün qarşısını almalı, sahibkarlıq risklərini minimuma endirməli və qarşılıqlı etimadı ardıcıl olaraq möhkəmləndirməliyik. Bir sıra istiqamətlər üzrə qarşıya qoyulmuş strateji məqsədlərə hələ tam həcmdə nail olunmayıb. Bu o deməkdir ki, diqqəti artıq qəbul edilmiş qərarların praktiki icrasına yönəltmək lazımdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью