Nikol Paşinyan Azərbaycan təyyarəsinin qəza uğraması ilə bağlı başsağlığı verdi KONKRET

25.12.2024

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Ermənistan Baş naziri Nikol Paşinyan AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

KONKRET.az xəbər verir ki, bu barədə Paşinyan “X” platformasındakı paylaşımında bildirib.

“Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı veririk. Baş vermiş bu faciə insanın kədərlənməməsinə səbəb ola bilməz”, – o qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью