Nikol Paşinyan Bakıya gəlmək niyyətini yenidən bəyan etdi

07.06.2026

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Ermənistanın Baş naziri Nikol Paşinyan beynəlxalq əlaqələrin inkişafı kontekstində Bakıya rəsmi səfər etmək niyyətində olduğunu növbəti dəfə dilə gətirib.
Bizim.Media xəbər verir ki, parlament seçkilərində səs verdikdən sonra jurnalistlərin suallarını cavablandıran hökumət başçısı xarici siyasətdəki prioritetlərindən danışıb.
 

"Mən Moskvaya da, Vaşinqtona da, Brüsselə də gedəcəyəm. Daha əvvəl də qeyd etdiyim kimi, Bakıda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak etmək imkanı qazanacağıma ümid edirəm. Biz beynəlxalq münasibətlərimizi tam şəkildə inkişaf etdirmək niyyətindəyik", — deyə Paşinyan erməni teleqram kanallarının yaydığı məlumatda bildirib.


Qeyd edək ki, Ermənistan və Azərbaycanın qarşılıqlı olaraq bir-birinin namizədliyini dəstəkləməsi nəticəsində Avropa Siyasi Birliyinin (EPC) 12-ci sammitinin 2028-ci ildə Bakıda keçirilməsi planlaşdırılır.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью