Nikol Paşinyan bu məqsədlə ABŞ a gedir

24.01.2025

Icma.az, Publika.az portalına istinadən məlumat yayır.

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın fevralın əvvəlində ABŞ-a səfəri planlaşdırılır.

Publika.az xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan məlumat verib.

Baş nazir Vaşinqtonda keçiriləcək 5-ci İllik Beynəlxalq Dini Azadlıq Sammitində və milli dua səhər yeməyində iştirak edəcək. Paşinyan sammitdə çıxış edəcək.

Qeyd edək ki, milli dua səhər yeməyi ABŞ-da 1953-cü ildən keçirilir. ABŞ Konqresinin hər il təşkil etdiyi ənənəvi tədbirdə ABŞ prezidentləri iştirak edir, ABŞ-ın əlli ştatından və 100-dən çox ölkədən qonaqlar dəvət olunur.

Hüseyn İbadlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью