Nikol Paşinyan Çində keçiriləcək ŞƏT sammitində iştirak edəcək

22.08.2025

Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM"-in "Armenpress"ə istinadən məlumatına görə, bunu Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.

"Bəli, baş nazir sammitdə iştirak edəcək", - o vurğulayıb.

Qeyd edək ki, ŞƏT sammiti bu il 31 avqust-1 sentyabrda Çinin Tyantszin şəhərində keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью