Статья не опубликована
Nikol Paşinyan evlənir | Icma.az

Nikol Paşinyan evlənir

06.04.2025

Icma.az, Aznews.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paşinyan rəsmi nikaha daxil olur – mərasimə sabiq prezidentlər dəvət edilib.

Ermənistanın Baş naziri Nikol Paşinyan və onun həyat yoldaşı Anna Akopyan artıq 27 ildir birlikdədirlər, lakin rəsmi nikah qeydiyyatından keçməyiblər. İndi isə cütlük bu münasibətləri rəsmiləşdirməyə qərar verib.

Mərasim 1 iyun – Paşinyanın doğum günündə baş tutacaq. Onların kilsə nikahını arxiyepiskop Novosardqçoyan həyata keçirəcək. Bu xüsusi günə Ermənistanın keçmiş prezidentləri də dəvət olunub.

Paşinyan bu addımla barışıq mesajı vermək və yeni səhifə açmaq niyyətindədir. Mərasimin Beynəlxalq Uşaqlar Günü ilə üst-üstə düşməsi isə rəmzi məna daşıyır. / News24.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью