Nikol Paşinyan gözlənilən addımı atdı

30.07.2026

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Ölkə.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında deyib.

“Biz bazar günü istefa verəcəyik. Bu gün hökumətin bu tərkibdə son iclası keçirilir”, - hökumət başçısı söyləyib.

N.Paşinyan vurğulayıb ki, parlamentin yeni tərkibdəki ilk iclası günü köhnə hökumət istefa verir: “Bundan sonra Ermənistan prezidenti parlamentdə çoxluğa malik partiyanın namizədini baş nazir postuna təyin edəcək”.

Qeyd edək ki, Ermənistanın yeni parlamentinin ilk iclası avqustun 2-də keçiriləcək.

Yeni parlament 105 deputatdan ibarət olacaq. Baş nazir Nikol Paşinyanın hakim “Vətəndaş Müqaviləsi” Partiyası 64 yer, o cümlədən üçü milli azlıq kvotasından, iş adamı Samvel Karapetyanın “Güclü Ermənistan” bloku isə 29 yer, o cümlədən biri milli azlıq kvotasından, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın “Ermənistan” bloku isə 12 yer alacaq.

Parlamentin ilk iclasına və yeni sədri seçilənədək parlamentin ən yaşlı üzvü Knyaz Həsənov sədrlik edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью