Nikol Paşinyan İlham Əliyevin qərarını alqışladı

11.12.2025

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Cənubi Qafqazda kommunikasiyaların açılması Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri ilə əlaqələri gücləndirəcək".

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada Aİİ Hökumətlərarası Şurasının iclasında bildirib.

"Qeyd etmək istərdim ki, regionda baş verən müsbət dəyişikliklər iqtisadi əməkdaşlığın dərinləşməsi üçün yeni imkanlar açır. Regional kommunikasiyaların açılması bölgədə iqtisadi dayanıqlılığın gücləndirilməsi üçün mühüm amilə çevrilə bilər", - deyə o qeyd edib.

Paşinyan həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan ərazisindən Ermənistana göndərilən yüklərin tranzitinə icazə verilməsinə dair qərarını alqışlayıb.

"Bu, regionumuzda sülhün və sabitliyin bərqərar olmasında mühüm nailiyyətlərdən biridir", - o əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью