Nikol Paşinyan noyabrın 11 də Türkiyəyə səfər edəcək

09.11.2026

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan Antalyada keçiriləcək 31-ci BMT İqlim Dəyişikliyi Konfransında (COP31) iştirak etmək üçün noyabrın 11-də Türkiyəyə səfər edəcək.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, COP31 9 noyabrda başlayıb və 20 noyabra qədər davam edəcək. Konfrans çərçivəsində 11-12 noyabr tarixlərində dövlət və hökumət başçılarının sammiti planlaşdırılır. Konfransda iqlim dəyişikliyinin azaldılması və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью