Nikol Paşinyan: “Tramp marşrutu” Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

16.09.2026

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Tramp marşrutu”nun iki giriş və iki çıxışının Azərbaycanda olmamasından başqa variant yoxdur. “Tramp marşrutu” Azərbaycan sərhədindən başlayıb Azərbaycanın sərhədində bitir, bunu dəfələrlə demişik”.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

“Sazişə istinad etməyək, bəs nə edək? Artıq saziş Konstitusiya Məhkəməsi tərəfindən Konstitusiyaya uyğun hesab edilib və təsdiq üçün Milli Məclisə göndəriləcək”, - o, parlamentdə deputatların suallarını cavablandırarkən qeyd edib.

Baş nazir vurğulayıb ki, ona suallar verməyə və bütün sualların cavablarını tapacaqları sazişi oxuya bilərdilər: “Onda görərdiniz ki, orada yazılıb: Ermənistanın yurisdiksiyası və sair müzakirə mövzusu deyil, yurisdiksiya, ərazi bütövlüyü çərçivəsində fəaliyyət göstərəcək və sair, belə də davam edir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью