Nikol Paşinyan və Marko Rubio arasında telefon danışığı olub

25.03.2025

Icma.az, Sia Az saytına istinadən bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyanla ABŞ-nin dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tərəflər Ermənistan - ABŞ strateji tərəfdaşlığına dair məsələlər, eləcə də regional gündəm ətrafında fikir mübadiləsi aparıblar.

Ermənistanın hökumət başçısı ABŞ-ın dövlət katibini "Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarsı münasibətlərin qurulması haqqında" razılaşmanın layihəsinin razılaşdırıldığı danışıqlar prosesi barədə məlumatlandırıb.

O qeyd edib ki, sənəd imzalanmasını gözləyir.

Tərəflər eyni zamanda Ermənistan və ABŞ arasında təmasların davam etdirilməsi ilə bağlı razılığa gəliblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью