Nikol Paşinyan yenidən Ermənistanın Baş naziri təyin edildi

02.08.2026

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Nikol Paşinyanı ölkənin Baş naziri vəzifəsinə yenidən təyin edib.

BAKU.WS xəbər verir ki, bununla bağlı dövlət başçısının müvafiq fərmanı Ermənistan Prezidentinin rəsmi internet səhifəsində yayımlanıb.

Fərmanda Ermənistan Konstitusiyasının 149-cu maddəsinin 1-ci hissəsinə əsasən, Nikol Paşinyanın ölkənin Baş naziri təyin edildiyi qeyd olunub.

Qeyd edək ki, Nikol Paşinyan "Vətəndaş müqaviləsi" partiyasının lideridir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью