Nikol Paşinyanın mətbuat katibi istefa verdi

30.07.2026

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Nazeli Baqdasaryan Ermənistan baş nazirinin mətbuat katibi vəzifəsi üzrə fəaliyyətini dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, sosial mediada məlumat verib.

Baqdasaryan fəaliyyətini bundan sonra hakim “Vətəndaş Müqaviləsi” Partiyasından Milli Məclisin deputatı kimi davam etdirəcəyini, qərarını da bununla əlaqədar verdiyini bildirib.

Xatırladaq ki, Baş nazir Nikol Paşinyan bundan əvvəl Melnya Arutyunyanın Nazeli Baqdasaryanın yerinə təyin olunacağını açıqlamışdı.

Melnya hakim “Vətəndaş Müqaviləsi” Partiyasının Gənclər Təşkilatı Şurasının katibidir və seçkiqabağı kampaniyada fəal iştirak edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью