Nikol Paşinyanın Türkiyəyə işgüzar səfəri başlayıb VİDEO

11.11.2026

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyəyə işgüzar səfər edib.

Moderator.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin başçısı öz "Telegram" kanalında bildirib.

Paşinyan Antalyada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində təşkil olunan Liderlər Sammitində iştirak edəcək.

Səfər zamanı Ermənistanın Baş nazirinin xarici tərəfdaşlarla ikitərəfli görüşləri də planlaşdırılır.

Qeyd edək ki, Paşinyan Fransaya işgüzar səfərindən sonra Türkiyəyə yola düşüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью