Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.
Basketbol üzrə Avroliqa turnirində "Anadolu Efes" "Srvena Zvezda" ilə qarşılaşıb.
Apasport.az xəbər verir ki, görüş Türkiyə təmsilçisinin qələbəsi ilə nəticələnib - 97:96.
Matçdan sonra Serbiya klubunun 34 yaşlı hücumçusu Nikola Kaliniç mətbuata açıqlama verib.
O, hakim qərarlarından narazı olduğunu dilə gətirib:
"Hakim qərarları ilə bağlı nəsə desəm, cəzalandırılacam. Bu səbəbdən heç nə deyə bilməyəcəm. "Barselona" ilə oyunda da eyni durum baş vermişdi. Bununla yaşamağı öyrənməliyik. Biz "Srvena Zvezda"yıq, Serbiyanın ən böyük klubuyuq. Amma Avroliqada "Barselona", "Efes", "Real" və ya "Fənərbaxça" deyilik. Hakimlər hər zaman onların lehinə olacaqlar. Yolumuzu itirməməliyik".
ABL: “Neftçi”dən səfərdə inamlı qələbə Basketbolçularımız Serbiyaya yollanıblar ABL: “Neftçi” “Abşeron”la üz-üzə Alberto Blanko: “Layiqli qələbə qazandığımıza görə çox sevinirəm” “Quba”nın baş məşqçisi: “Öz oyunçularımızı sınadıq”