sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ötən mövsümü icarə əsasında "Bavariya"da keçirən hücumçu Nikolas Cekson "Çelsi"yə qayıdacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabriso Romano məlumat yayıb.
Münhen klubu oyunçunun transfer hüququndan istifadə etməyib və onu aktivləşdirməyəcəklərini təsdiqləyib. "Bavariya"nın baş məşqçisi Vinsent Kompani forvarddan razı qalsa da, alman klubu 25 yaşlı seneqallı üçün 50 milyon avronu çox yüksək qiymət hesab edib.
"Çelsi" isə hələ Ceksonun gələcəyi ilə bağlı qərar verməyib. Hücumçunun "mavilər"lə 2033-cü ilin yayına qədər müqaviləsi var.
Qeyd edək ki, Cekson ötən mövsüm "Bavariya"nın heyətində bütün turnirlərdə 34 oyuna çıxıb, 11 qol vurub və dörd məhsuldar ötürmə edib. O, 2026-cı il dünya çempionatında Seneqal millisinin heyətində dörd oyun keçirib.