Nikolas Cekson Çelsidən ayrılır?

07.08.2025

Operativ MM saytından alınan məlumata görə, Icma.az bildirir.

"Çelsi"nin hücumçusu Nikolas Ceksonun yay transfer pəncərəsində komandadan ayrılmaq ehtimalı artır.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı seneqallı forvardın London klubunda qalıb-qalmayacağı sual altındadır.

Klubun yeni baş məşqçisi Enzo Mareska da bu məsələ ilə bağlı qeyri-müəyyən danışaraq, Ceksonun mümkün gedişini inkar etməyib:

"Transfer pəncərəsi zamanı hər şey ola bilər. Bu, Niko Ceksona da aiddir. Artıq iki hücumçu ilə müqavilə imzalamışıq, görəcəyik."

Cekson ötən mövsüm "Çelsi"nin heyətində 37 oyunda 13 qol və 6 assistlə yadda qalıb.

"Transfermarkt" portalı onun cari dəyərini 50 milyon avro olaraq qiymətləndirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью