Nikolas Maduro yanvarın 5 də hakim qarşısına çıxacaq

04.01.2026

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Venesuelanın ələ keçirilmiş prezidenti Nikolas Maduro yanvarın 5-də Manhetten federal məhkəməsində ilkin dinləmə üçün hakim qarşısına çıxacaq.
APA xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
Ona qarşı narkoterrorizm fəaliyyəti ilə bağlı dörd maddə üzrə ittiham irəli sürüləcək.

Məlumata görə, ittiham aktında Maduronun uzunmüddətli narkoticarət şəbəkəsinə rəhbərlik etdiyi iddia olunur.
İşə ABŞ federal məhkəməsi baxacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью