Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan və Bolqarıstan arasında uzun illərdir davam edən dostluq və strateji tərəfdaşlıq münasibətləri bu gün hər zamankından daha güclüdür.
Son dövrlərdə iqtisadi sahədə əməkdaşlıq yeni bir mərhələyə qədəm qoyub ki, bu da həm siyasi, həm də biznes sahələrində qarşılıqlı maraqların daha geniş miqyasda təmsil olunmasına imkan yaradıb.
Hər iki ölkə üçün qarşılıqlı sərmayə imkanları, nəqliyyat infrastrukturunun modernizasiyası və ticarət əlaqələrinin şaxələndirilməsi əsas prioritetlərdəndir.
İki ölkə də bu sahədə birgə fəaliyyətə diqqət yetirir, əməli addımlar atır.
Bolqarıstanın iqtisadiyyat və sənaye nazirinin müavini Nikolay Pavlov “Report”a müsahibəsində ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlıq sahəsindəki nailiyyətləri, gələcək hədəfləri və yeni imkanları barədə danışıb, iki ölkə arasında mövcud əlaqələrin yaratdığı potensialdan söz açıb.
- Bolqarıstan ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyətini necə dəyərləndirirsiniz?
Son illərdə hansı mühüm nailiyyətlər əldə edilib? - Sön dövrlərdə iki ölkə arasındakı iqtisadi əlaqələr olduqca məhsuldardır.