Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02.02.2026

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl “Nikosayağı” kimi tanınan bloqer Nicat Şakirli uzun müddətdən sonra sosial media hesabında paylaşım etmişdi. O, "Instagram"da bundan öncəki bütün paylaşımları silmişdi.

"Unikal"ın məlumatına görə, "Nikosayağı" artıq həmin paylaşımını da "Instagram" və "TikTok" sosial şəbəkə hesablarından silib. Hazırda onun "Instagram" səhifəsində heç bir paylaşım mövcud deyil. "TikTok"da isə 2023-cü ilə qədər olan videoları qalır.

Xatırladaq ki, 2023-cü ilin avqustunda N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına çırpılıb. Qəza nəticəsində bloqerin avtomobildə olan dostu Ruslan Məmmədov vəfat edib. N.Şakirli isə ağır xəsarət alıb, onun sağ qolu dirsəkdən amputasiya olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə “Nikosayağı”ya 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lakin məhkəmə təyin olunmuş cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsini uyğun hesab edib.

Seymur Əli



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью