“Nikosayağı” uzun müddət sonra... Foto

31.01.2025

Icma.az bildirir, Olay.az saytına əsaslanaraq.

“Nikosayağı” uzun müddət sonra... - Foto

Nikosayağıkimi tanınan bloger Nicat Şakirlinin rəsmi instaqram aktivləşdirilib. 

OLAY yazır ki, uzun müddət sonra səhifədə “story” paylaşılıb. Bildirilib ki, Nicatın hesabı bundan sonra qardaşı Nihat Mütəllimov və bloger Zaur İskəndərov tərəfindən idarə ediləcək. 

Xatırladaq ki, 2023-cü ilin avqustunda N. Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov yerindəcə vəfat edib. N. Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib. Nicat Şakirli cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью