Nikuşor Dan: Rumıniya Ukraynaya yardımı davam etdirəcək

22.05.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 22 may, AZƏRTAC

Rumıniya Ukraynaya yardımı davam etdirəcək və rekord büdcə kəsirinə baxmayaraq, NATO-nun yeni məqsədlərinə çatmaq üçün müdafiə xərclərini artıracaq.

AZƏRTAC xəbər verir ki, Rumıniyanın yeni seçilmiş prezidenti Nikuşor Dan bunu “Financial Times” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Rumıniya ümumi daxili məhsulun 1,5 faizini infrastruktur və kibertəhlükəsizlik sahələrinə ayırmaqla müdafiə xərclərini NATO-nun 3,5 faizlik yeni hədəfinə çatdırmağa hazırdır. Prezidentin müdafiə xərclərini artırmaq vədi Rumıniyanın büdcə kəsirinin ümumi daxili məhsulun 9,3 faizə çatması fonunda səslənib ki, bu da Avropa İttifaqı ölkələri arasında ən yüksək göstəricidir.

Xatırladaq ki, mayın 18-də Rumıniyada keçirilmiş prezident seçkilərinin ikinci turunda Buxarest meri Nikuşor Dan 53,6 faiz səslə qalib gəlib. Onun əsas rəqibi - seçicilərin yalnız 46,4 faizinin etimadını qazanan “Rumınların Birləşməsi Uğrunda Alyans” millətçi partiyasının lideri Ceorce Simion məğlubiyyətini etiraf edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью