Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Buxarest, 2 mart, AZƏRTAC
Rumıniyanın prezidenti Nikuşor Dan İran ətrafında yaranmış vəziyyətlə bağlı açıqlama verib. Prezident bildirib ki, beynəlxalq səviyyədə baş verən hadisələr diqqətlə izlənilir və Rumıniya təhlükəsizlik baxımından ayıq mövqe tutur.
AZƏRTAC xəbər verir ki, Nikuşor Dan hazırda Rumıniya üçün birbaşa təhlükə barədə məlumat olmadığını deyib. Bununla yanaşı, Yaxın Şərqdə artan gərginliyin qlobal təhlükəsizlik mühitinə təsiri nəzərə alınır və bu səbəbdən proseslər diqqətdə saxlanılır.
Beynəlxalq hüquqa hörmət və diplomatik dialoqun münaqişələrin sülh yolu ilə həlli üçün əsas şərt olduğunu diqqətə çatdıran prezident həmçinin vurğulayıb ki, Rumıniya Avropa İttifaqı və NATO çərçivəsində tərəfdaş ölkələrlə sıx əlaqədədir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest